Logo

Bağlanan Bakı bulvarı açılır

Bağlanan Bakı bulvarı açılır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Formula 1 Şəhərciyinin olduğu Bakı bulvarı açılır.

Sfera.az anspress-ə istinadən bildirir ki, olduğu Milli Dənizkənarı Park ərazisi iyunun 15-i, gecə saat 00:00-dan etibarən bağlanmışdı. Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 20-si günorta saat 12:00-da aradan qaldırılacaq.

Qeyd edilən günlərdə bulvar ərazisinə ancaq "Formula 1" yarışına bileti olan azarkeşlər buraxılıb.

Şəhər sakinləri bu günlər ərzində ancaq Park Bulvar alış-veriş mərkəzindən istifadə edə biliblər.

Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-ü, gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlı olub. Bu yerlərdə nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət isə iyunun 21-i səhər saat 06:00-da aradan qaldırılacaq.

Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinin qalibi alman Niko Rosberq olub.

Kuboklar ikinci yerin sahibi Sebastian Fettel, üçüncü yerin Serxio Peres olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR