Logo

Prezident İlham Əliyev və xanımı "Formula 1" Avropa Qran Prisinin qaliblərini mükafatlandırıblar - YENİLƏNİB

Prezident İlham Əliyev və xanımı "Formula 1" Avropa Qran Prisinin qaliblərini mükafatlandırıblar - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

19:22

Bu gün Bakıda "Formula 1" Avropa Qran Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Sfera.az+ Trend-ə istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev "Formula 1" Avropa Qran Prisinin qalibi olan "Mercedes" komandasının pilotu Niko Rosberqə Kuboku təqdim edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Mercedes AMG F1" komandasının texniki direktoruna Konstruktorlar Kubokunu təqdim edib.

Finişi ikinci keçən Sebastyan Fettelə ("Ferrari") mükafatı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutmuş Serxio Peresə ("Force India") mükafatı isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim edib.

---------

17:21

İyunun 19-da saat 17:00-da Bakıda "Formula 1" Avropa Qran Prisinə start verilib.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, "Formula One Management"in prezidenti Berni Ekklstoun, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod "Formula 1" Avropa Qran Prisi yarışına baxırlar.

Qran-prinin startından əvvəl Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qırx nəfərdən ibarət gənc kollektivi dövlət himnini ifa edib.

"Formula 1" Avropa Qran Prisində 22 pilot qalib adı uğrunda mübarizəyə qatılıb. İyunun 18-də keçirilən sıralama yürüşünün nəticəsinə əsasən, start xəttinə ən yaxın "Mercedes"in pilotu Niko Rosberq dayanıb. Ondan sonra "Force İndia" komandasının pilotu Serxio Peres və "Red Bull Racing"in sürücüsü Daniel Rikkardo yer alıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR