Logo

Azərbaycan KTMT-yə üzv olacaq? - “İkinci Qarabağ müharibəsindən sonra gözlənilən idi”

Azərbaycan KTMT-yə üzv olacaq? - “İkinci Qarabağ müharibəsindən sonra gözlənilən idi”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Dövlət Dumasının mətbuat xidmətindən bildirilib ki, Azərbaycan və Pakistan KTMT-də müşahidəçi statusu almaq niyyətindədir.

Dövlət Dumasının rəsmisi Leonid Kalaşnikov hələ ki, bu istiqamətdə danışıqların olmadığını deyib.

Maraqlıdır, Azərbaycan KTMT-də müşahidəçi statusu alarsa, bunun nə kimi müsbət tərəfləri olacaq? Ümumiyyətlə, statusun verilməsi yaxın zamanlarda real görünürmü?

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri müşahidəçi statusunu verilməsi məsələsinin hələ İkinci Qarabağ müharibsi dönəmindən planda olduğunu deyib:

"KTMT dünya nizamına təşkil edən təşkilat deyil. Bu qurum Rusiyanın regional təşkilatıdır. Sadəcə olaraq, Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində KTMT-nin neytral qalması Azərbaycanın müşahidəçi statusu almasına gətirib çıxaracaq. Düşünürəm ki, Zəngəzur istiqamətində sərhədlərin delimitasiya və demarkasiyası prosesində Ermənistanın Rusiyaya, KTMT-ə müraciəti və KTMT-nin baş katibi Stanislav Zasın bu məsələnin sözügedən təşkilata aid olmadığını bildirməsi Azərbaycan-KTMT arasında razılaşmanın olmasına işarədir".

Politoloq Azərbaycanın KTMT-ə müşahidəçi olacağı təqdirdə Rusiyanın təzyiqlərinin azalacağını deyib:

"Ümumiyyətlə ikinci Qarabağ müharibəsindən sonra gözlənilən idi ki, Azərbaycan müşahidəçi olmaq istiqamətində müəyyən istiqamətlərə getsin. KTMT-yə müşahidəçi qismində Azərbaycanın üzv olması Rusiyanın Azərbaycana qarşı təzyiqlərini neytrallaşdıracaq. Bu o demək deyil ki, Azərbaycan KTMT-nin tam hüquli üzvüdür. Azərbaycan Cənubi Qafqazda, xüsusilə sərhədlər boyunca prosesləri öz leyhinə dəyişə biləcək".

Əzizə Zeynal

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR