Logo

Kreml Navalnını ABŞ-a təhvil verəcək? – Peskovdan "Bayden onun adını sözarası çəkib" açıqlaması

Kreml Navalnını ABŞ-a təhvil verəcək? – Peskovdan "Bayden onun adını sözarası çəkib" açıqlaması
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin həbsdə olan müxalifət lideri Aleksey Navalnının ABŞ-dakı məhkumlarla dəyişdirilməsi ehtimalı ilə bağlı sualını cavablandırıb.

Sfera.az-ın "RİA Novosti”yə istinadla məlumatına görə,  Kremlin sözçüsü Vaşinqton tərəfindən bu cür təkliflərin səsləndirilmədiyini bildirib.

Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putinlə amerikalı həmkarı Co Bayden arasındakı danışıqlarda Navalnının adı sözarası çəkilib.

Rusiya ilə ABŞ arasında məhkum mübadiləsi mövzusundan danışan Peskov qeyd edib ki, bu məsələni ictimailəşdirməyə dəyməz.

Qeyd edək ki, Rusiya və Amerika prezidentləri arasında görüş  iyunun 16-da Cenevrədə "Villa La Grange” də baş tutub. Liderlər üç saat yarım söhbət ediblər.

Selcan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR