Logo

Prezident şəhid jurnalistlərlə bağlı SƏRƏNCAM İMZALADI

Prezident şəhid jurnalistlərlə bağlı SƏRƏNCAM İMZALADI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində vəzifə borcunu yerinə yetirərkən şəhid olan jurnalistlər 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən həlak olmuş aşağıdakı şəxslər 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin:

Abışov Sirac Abış oğlu,

Əliyev Arif Ağalar oğlu,

İbrahimov Məhərrəm Əli oğlu”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR