Logo

Neft ucuzlaşdı

Neft ucuzlaşdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünya birjalarında neft 3%-ə yaxın ucuzlaşıb.

Sfera.az APA-ya istinadən bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,49 dollar azalaraq 49,07 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,41 dollar azalaraq 50,54 dollar olub.
 
Neftin ucuzlaşmasına dolların möhkəmlənməsi və ABŞ-da qazma qurğuları ilə bağlı statistikanın səbəb olduğu bildirilir. Sonuncu amil neftin ucuzlaşmasını daha da sürətləndirib. Belə ki, artıq ikinci həftədir ki, ABŞ-da qazma quyularının sayı 3 ədəd artaraq 328-ə yüksəlib.
 
Analitiklər hesab edir ki, "qara qızıl"ın hazırkı qiyməti əksər şirkətlərin kəşfiyyat işlərinə marağını artırdığından aktiv quyuların sayının artması davam edəcək və ABŞ-da neft hasilatının azalma tendensiyası zəifləyəcək: "Bu isə qiymətlərin yüksəlməsinə mənfi təsir edəcək".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR