Prezident İlham Əliyev Avstraliya İttifaqına fəxri konsul təyin etdi
Kateqoriya məlum deyil
Prezident İlham Əliyev A.A.Rzayevanın Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Aydan Atif qızı Rzayeva Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəxri konsulu təyin edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".






