Prezident İlham Əliyevdən YENİ TƏYİNAT
Kateqoriya məlum deyil
Prezident İlham Əliyev V.A.Muradovun "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Vidadi Aydın oğlu Muradov "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilsin".






