Logo

Telefon batareyalarını ən çox hansı proqramlar işlədir?

Telefon batareyalarını ən çox hansı proqramlar işlədir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Mütəxəssislər telefon batareyalarını ən çox işlədən tətbiqləri müəyyənləşdiriblər.

"Daily Express"in məlumatına görə, araşdırma "pCloud" şirkəti tərəfindən aparılıb.

Batareyanı ən çox tükədən tətbiqlər sırasında ilk yerlərdə "Skype" və "Uber" (87 faiz), həmçinin "Facebook" (82 faiz) durur.

İlk onluğa "Instagram" və "Tinder", habelə "Airbnb" (mənzil sifarişi xidməti) daxildir.

"WhatsApp", "YouTube", "Telegram" və "Zoom" isə nisbətən az enerji istehlak edir (77 faiz).

Şirkətdən bildirilib ki, əgər smartfona enerji ilə tam yüklənmə bir gün bəs etmirsə, həmin tətbiqləri silmək lazımdır.

Araşdırılan tətbiqlərin yüksək tələbatı həm batareyanın enerji tutumuna, həm böyük həcmdə yaddaşın istifadəsinə təsir edir ki, bu da cihazın məhsuldarlığını azaldır./Oxu.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR