KTMT qüvvələri Zəngəzur dəhlizində yerləşdiriləcək? – “Bu, 10 noyabr bəyannaməsinə ziddir”
"Zəngəzur dəhlizində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrinin yerləşdirilməsi gerçəkləşərsə, bu, 10 noyabr bəyanaməsindən kənara çıxmaq, öhdəliklərdən vaz keçmək kimi dəyərləndiriləcək”.
Bu sözləri Sfera.az-a açıqlamasında rusiyalı ekspert Vitali Arkovun təhlükəsizliyin və sabitliyin təmini üçün Zəngəzur dəhlizinə KTMT-nin himayəsi altında sülhməramlı qüvvələr qrupunun göndərilməsi təklifinə münasibət bildirərkən politoloq Natiq Miri deyib:
Politoloq Zəngəzura KTMT-nin himayəsilə sülhməramlıların göndərilməsinə ehtiyacın olmadığını bildirib: "Bunun baş verməsi üç ölkə arasında imzalanmış 10 noyabr və 11 yanvar bəyanamələrinin məğzinə ziddir. Azərbaycanı Naxçıvanla birləşdirəcək Ermənistanın 44 kilometrlik ərazisində Rusiyanın sərhəd qoşunlarının dayanması da bu sənəddə öz əksini tapıb. Belə olan halda əlavə olaraq ora KTMT qüvvələri adı ilə yeni kontingentin gətirilməsinə ehtiyac yoxdur. Sadəcə olaraq, üçtərəfli bəyanamədə götürülən öhdəliklər icra olunmalıdır”.
Rüfət SULTAN





