Logo

Milli Məclisi nüfuzdan salan deputatlar – Onlar cəzalana bilərmi?

Milli Məclisi nüfuzdan salan deputatlar – Onlar cəzalana bilərmi?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son zamanlar bəzi deputatların davranışları gündəmdən düşmək bilmir. Daha çox xalqı qıcıqlandıran, narazılıq yaradan bu hərəkətlər həm də parlamentin nüfuzuna ciddi təsir edir.

Sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə yayılan qeyri-əxlaqi görüntüləri, Laçın rayonundan deputat seçilmiş Mahir Abbaszadənin arağını şəhid bulağında soyutması, millət vəkili Etibar Əliyevin paylaşımlarını bəyənməyənləri vicdansız adlandırması və.s  kimi faktlar əksəriyyəti deputat seçkiləri ilə bağlı özünü sorğulamağa, yanlış seçim etdiyini düşünməyə vadar edir.

Politoloq Qabil Hüseynli məsələ ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, Milli Məclisdə deputatların davranışına nəzarət edən xüsusi komissiya var və onlar deputat etikası ilə bağlı məsələləri müzakirə edərək, MM rəhbərliyinə təqdim edirlər:

"Deputatların belə davranışları onu göstərir ki, Milli Məclisdə seçkiləri təkmilləşdirməliyik. Parlamentdə seçkilər daha açıq, şəffaf keçirilməlidir. Milli Məclisin tərkibinin yenilənməsinə ehtiyac var. Elə bir təəssürat yaranır ki, növbədənkənar parlament seçkiləri də keçirilə bilər. Deputatın intellektual, peşəkar hazırlığı, siyasətlə ciddi surətdə məşğul olması, qanunların hazırlanmasında iştirakı əsas məsələlərdəndir”.

Sosioloq Lalə Mehralı saytımıza açıqlamasında deyib ki, vaxtilə səs verdiyimiz şəxslər sonradan bizi çox peşman edir və bu, təəssüfləndirici haldır:

"İstər deputat Etibar Əliyevin məlum açıqlaması olsun, istərsə də başqa bu kimi faktlar, insan gərək anlasın ki, hansı dərəcədə vacib, cəmiyyət üçün əhəmiyyətli mövzuya toxunur. Deputatların əksəriyyətinin davranış və açıqlamaları insanlarda qıcıq yaradır. Bəzən unudurlar ki, onlar Milli Məclisdə hüquqlarımızın müdafiəçisi, səsimizin ifadəçisi olaraq əyləşiblər. Hesab edirəm ki, deputatların ard-arda qıcıq doğuran açıqlama və davranışları ilə bağlı ciddi ölçü götürüləcək. Əksəriyyət də məhz bu addımı gözləyir”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR