Logo

İlham Əliyev Danimarka kraliçası və İsveç kralını təbrik edib

İlham Əliyev Danimarka kraliçası və İsveç kralını təbrik edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Danimarkanın kraliçası ülyahəzrət II Marqreteyə təbrik məktubu göndərib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
 
"Ülyahəzrət,

Danimarka Krallığının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Danimarka xalqına daim sülh və rifah diləyirəm".

X X X

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İsveçin kralı əlahəzrət XVI Karl Qustava təbrik məktubu göndərib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Əlahəzrət,

İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İsveç xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR