Prezident yeni hakimlər təyin etdi
Kateqoriya məlum deyil
Prezident İlham Əliyev Ə.M.Abasovun Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir.
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:
Əliövsəd Məzahir oğlu Abasov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin".
XXX
Prezident İlham Əliyev H.Q.Səlimovun Balakən Rayon Məhkəməsinin hakimi təyin edilməsi haqqında haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:
Hümbət Qamuna oğlu Səlimov Balakən Rayon Məhkəməsinin hakimi təyin edilsin".






