Logo

Dünya liderləri Prezident İlham Əliyevə təbrik ünvanladılar

Dünya liderləri Prezident İlham Əliyevə təbrik ünvanladılar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zuma Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və Hökumətinə Cənubi Afrika Respublikasının xalqı, Hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı diləyir, ölkələrimiz arasındakı mükəmməl dostluq münasibətlərini daha da gücləndirmək arzusunda olduğumuzu bir daha təsdiq edirik".

X X X

Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd əl-Bəşir Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi, Azərbaycan xalqını və Hökumətini Sudan xalqı, Hökuməti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq əlaqələrindən məmnunluğumu bildirir, bu əlaqələrin gələcəkdə daha da inkişaf etməsini diləyirəm.

Zati-aliləri, Sizə cansağlığı, Azərbaycan xalqına isə rifah və tərəqqi arzu edirəm.

X X X

Küveyt Dövləti Nazirlər Şurasının sədri Cabir əl-Mübarək əl-Həməd əl-Sabah Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə ən xoş salamlarımızı və səmimi təbriklərimizi çatdırırıq.

Fürsətdən istifadə edərək, Küveyt Dövləti ilə Azərbaycan Respublikasını bir-birinə bağlayan dostluq münasibətlərindən məmnunluğumuzu xüsusi vurğulayır, ikitərəfli əlaqələri daha da möhkəmləndirmək və ölkələrimiz arasındakı əməkdaşlıq sahələrini dost xalqlarımızın mənafeyi naminə daha da genişləndirmək niyyətimizi bildiririk.

Zati-alinizə bir daha öz səmimi təbriklərimizi yetirir, Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və çiçəklənmə arzulayırıq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR