Logo

Ekspert: rusiyalı oliqarxların varidatına ov mövsümünü açıq hesab etmək olar

Ekspert: rusiyalı oliqarxların varidatına ov mövsümünü açıq hesab etmək olar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"London Yüksək Məhkəməsinin Teymur Əhmədovla bağlı verdiyi hökm, Qərb ölkələri məhkəmələrində rusiyalı oliqarxlara qarşı açılacaq bir sıra yeni işlərin ilk qaranquşlarından biridir",- deyə Real Siyasət Akademiyasının vitse-prezidenti Sergey Solovyov bildirib. -Onların varidatına ov mövsümünü açıq hesab etmək olar. Tatyana Əhmədovanın doğma oğluna qarşı iddiasını təmin etmək qərarının məhz  prezident Vladimir Putinin Federal Məclisə müraciətini açıqladığı gün verilməsi təsadüfi deyil. Məlum olduğu kimi, Fərhad Əhmədov "Putinin dostları" sanksiyalar siyahısına daxildir. Çox guman ki, bu britaniyalıların Rusiyanın tanınmış iş adamlarımna bir növ eyhamıdır: prezidentin hazırkı  xarici kursunu dəstəkləyən hər kəsin aqibəti belə olacaq, övladlarınıza belə acımayacağıq!”

Sfera.az xəbər verir ki, politoloqun fikrincə, Qərbin Rusiya kapitallarına və xaricdəki əmlakına dövlət səviyyəsində xüsusi sanksiya tətbiq etməsi vacib deyil. Sanksiyalar uzunmüddətli danışıqlar prosesi tələb edir. Bu arada Rusiya ilə Qərb arasındakı qarşıdurma artıq yeni bir Soyuq müharibə həddinə çatıb. Bu isə o deməkdir ki, müttəfiqlər arasında uzun-uzadı danışıqlar üçün vaxt yoxdur. Buna görə də, rusiyalı  iş adamlarından "qanuni pul alma”nın sınanmış metodlarından istifadə olunur.

Politoloq hesab edir ki, "Britaniya məhkəmə orqanları tərəfindən Fərhad Əhmədovun sərvətinin ovlanması çoxdan sırf "ailə məsələsi"çərçivəsindən kənara çıxıb. Rusiyalı oliqarxların Qərbdəki aktivlərinin dondurulmasına dair çağırışlar getdikcə daha ucadan səslənir. Fərhad Əhmədovla keçmiş həyat yoldaşı arasındakı məhkəmə prosesinin Qərb mediasındakı təqdimatına nəzər salsaq, görərik ki, siyasi aspekt sözügedən işin sırf hüquqi detallarını kölgədə qoyur.”

Politoloqun sözlərinə görə, ağlabatan bəhanələrlə gerçəkləşdirilən soyğunçuluq Qərbin təkmilləşdirdiyi texnologiyadır. Hakim Noulzun verdiyi qərarı əsaslandırmaq üçün oxuduğu "moizələr” hazırlanan xüsusi əməliyyatın dolayı əlamətidir. Teymur Əhmədovu qəzəblə "qınayan” hakim hətta Lev Tolstoydan  da sitat gətirdi. Hərçənd, ana doğma oğlunu məhkəməyə verirsə, hansı mənəviyyatdan söhbət gedə bilər?!

Fərhad Əhmədov bəyan etdi ki, məhkəmənin çıxardığı hökm və Burfordun fəaliyyəti "nifrətə belə layiq deyil”. İngiltərə məhkəməsinin "qərəzsizliyi”nin  mifdən başqa bir şey olmadığına əmin olan Teymur Əhmədov isə Rusiya pasportu alır və bundan sonra Rusiyada yaşayıb işləməyə qərarlıdır. Onun bacarıqları və qazandığı pullar Rusiyada daha böyük fayda verəcək və ona daha böyük şöhrət gətirəcək.

Politoloq xatırladıb ki, Fərhad Əhmədov İngiltərənin ədalət məhkəməsinə meydan oxumağa cəsarət edən, tanınmış Burford şirkətini isə ümumiyyətlə diz çökdürən yeganə rusiyalı iş adamıdır. Hazırda sözügedən şirkət kapitalının 70 faizini itirib.

"Sözügedən hüquq şirkətinin tarixində Əhmədovun işi kimi bir iş olmamışdı. Məlum olduğu kimi, Fərhad Əhmədov öz maraqlarına zidd olaraq, səhmdar kimi gizli məlumatları açıqlamamaq üçün London məhkəməsində ifadə verməkdən imtina etdi. Əhmədov dövlətin mənafeyini öz mənafeyindən üstün tutdu, bu isə öz-özlüyündə hörmətə layiqdir. Belə çıxır ki, indi, maskalar çıxarıldıqdan və britaniyalıların əsl niyyətləri bəlli olduqdan sonra, Fərhad Əhmədov Rusiya kapitalının Qərb "ekspropriatorları”na qarşı mübarizənin ön sırasındadır”,- deyə ekspert bildirir.

Politoloq hesab edir ki, Qərblə Rusiya arasındakı qarşıdurma yeni soyuq müharibə xarakteri alıb. Əsas "cəbhə”lərdən biri isə iqtisadiyyatdır.

"Qərb sanksiyalarının və rusiyalı oliqarxların kapitallarının "ovlanması”nda məqsəd  Rusiyanın iqtisadi sabitliyini pozmaqdır. Bu üzdən Qərbdəki biznesimizə də təzyiq artacaq", - deyə ekspert bildirir.

"Amma rusiyalı iş adamı "ədalət məhkəməsi ” adı altında həyata keçirilən açıq-aşkar basqına qarşı müqavimət göstərməyin mümkün və lazım olduğunu sübut etdi. Onun nümunəsi digər iş adamlarını da Qərbin fırıldaqçı məhkəmə məmurlarına qətiyyətlə sinə gərməyə ruhlandırmalıdır”, - deyə politoloq fikrini yekunlaşdırıb.

Mənbə: Regnum

Tərcümə: Selcan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR