Logo

Azərbaycanda dövriyyəsi qadağan edilən narkotik vasitə və psixotrop maddələrin siyahısı artırıldı

Azərbaycanda dövriyyəsi qadağan edilən narkotik vasitə və psixotrop maddələrin siyahısı artırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2016-cı il 17 may tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb. Sfera.az Trend-ə istindən xəbər verir ki, qanunun "I siyahı. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr" bölməsində aşağıdakı dəyişikliklər edilir: - "I. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr" fəslinin 97-ci maddəsi ləğv edilir və həmin fəslə aşağıdakı məzmunda 104-113-cü maddələr əlavə edilir: "104. AH-7921 105. AM-2201 106. 5F-AKB-48 107. JWH-015 108. JWH-018 109. JWH-122 110. JWH-210 111. Oripavin (3-O-dimetiltebain) 112. UR-144 (fenil sianid 2,4,6-triizopropil) 113. Propiram (N-(1-metil-2-piperidinoetil)-N-2-piridilpropionamid)."; - "II. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr" fəslinə isə aşağıdakı məzmunda 46-52-ci maddələr əlavə edilir: "46. 25B-NBOMe (2C-B-NBOMe) 47. BZP-N-benzilpiperazin 48. 25C-NBOMe (2C-C-NBOMe) 49. 25I-NBOMe (2C-I-NBOMe) 50. MDPV-3,4-metilendioksipirovaleron 51. mefedron (4-metilmetkatinon) 52. metilon (beta-keto-MDMA).". Milli.Az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR