Logo

Dünya liderləri prezident İlham Əliyevi təbrik etdilər - YENİLƏNİB

Dünya liderləri prezident İlham Əliyevi təbrik etdilər - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

18:21

Küveyt Dövlətinin vəliəhdi Nəvvaf əl-Əhməd əl-Cabir əl-Səbah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Dost Azərbaycan Respublikasının milli bayramı münasibətilə Zati-alinizə böyük məmnunluq hissi ilə səmimi salamlarımı və ən xoş təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə müvəffəqiyyətlər diləyir, dost Azərbaycan Respublikasına və xalqına davamlı tərəqqi və rifah arzulayıram".

X X X

Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adeli Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Qaz İxrac edən Ölkələrin Forumu adından Sizə ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan xalqına sülh, müvəffəqiyyət və davamlı inkişaf arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, Azərbaycanın Qaz İxrac edən Ölkələrin Forumuna qoşulmasına və bu önəmli addıma dəstəyinizə görə Sizə təşəkkürümü bildirirəm. Qarşılıqlı faydalı əlaqələrimizin daha da möhkəmlənəcəyinə və öz hədəflərinə çatmaq üçün Forumun işinə davamlı dəstəyinizə ümid edirik.

Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin".

X X X

Estoniya Respublikasının Prezidenti Tomas Hendrik İlves Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri, əziz dost.

İcazə verin, milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı və təbriklərimi çatdırım.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

X X X

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflika Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı münasibətilə Sizə Əlcəzair xalqı və Hökuməti adından və şəxsən öz adımdan ən səmimi salamlarımı çatdırmaqdan olduqca məmnunam. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.

Fürsətdən istifadə edərək, Sizi əmin etmək istərdim ki, ölkələrimiz arasında dostluq əlaqələrini gücləndirmək və bütün sahələrdə ikitərəfli münasibətlərin səviyyəsini yüksəltmək üçün daim çalışacağam.

Cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviyanın Prezidenti Vayra Vike-Frayberqa, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldindən Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından təbrik edirik. Ölkənizə davamlı tərəqqi, uğurlar və sülh arzulayırıq.

İcazə verin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə yarandığı vaxtdan göstərdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildirək. Sizin himayəniz olmasaydı, Mərkəz bu gün dünyanın ən mühüm məsələlərini müzakirə edən aparıcı beynəlxalq platformalardan birinə çevrilməzdi.

Cənab Prezident, xahiş edirik, Sizə olan yüksək ehtiramımızı və xoş arzularımızı qəbul edin".

X X X

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbrik edirəm.

Ali dövləti vəzifənizdə Sizə yeni-yeni uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Fürsətdən istifadə edərək, Rusiya Xarici Kəşfiyyat Xidməti ilə Azərbaycan xüsusi xidmət orqanları arasında dövlətlərimizin təhlükəsizliyinin və milli maraqlarının təmin edilməsinə yönəlmiş qarşılıqlı fəaliyyətə daimi diqqət və dəstəyinizə görə Sizə minnətdarlığımı bildirirəm".

X X X

Dominikan Respublikasının Prezidenti Danilo Medina Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi, böyük xalqınıza tərəqqi və rifah arzularımı çatdırmaqdan qürur duyuram".

X X X

"Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Dövlət bayramınız - Respublika Günü münasibətilə "Mir" Dövlətlərarası Teleradio Şirkəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

İcazə verin, Sizə və Azərbaycan Respublikasının xalqına sabitlik, sülh və firavanlıq, respublikanın iqtisadi, sosial və mədəni inkişafında yeni uğurlar diləyim".

X X X

Rusiya Federasiyası İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və Zati-alinizin şəxsində bütün Azərbaycan xalqını dövlət bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan iqtisadiyyatın təşəkkülü və möhkəmlənməsi, sosial sahənin, mədəniyyətin və təhsilin inkişafı istiqamətində böyük uğurlar qazanıb.

Əminəm ki, Sizin gözəl diyarınızda həmrəylik və yaradıcı əmək şəraitində Azərbaycan Respublikasının tərəqqisi naminə yeni quruculuq niyyətləriniz və planlarınız uğurla həyata keçiriləcək.

Sizə və bütün xalqınıza möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq, gözəl diyarınıza sülh, firavanlıq və rifah diləyirəm".

X X X

Avstraliya İttifaqının General-qubernatoru Piter Kosqroyv Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan hökumətinə və xalqına Avstraliya hökuməti və xalqı adından ən xoş arzularımı çatdırmaq istərdim.

Azərbaycan ilə Avstraliya arasındakı münasibətlər xalqlararası əlaqələrin, siyasi, iqtisadi və ticari əməkdaşlığın inkişafı ilə güclənməkdə davam edir.

Ölkənizdəki parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana səfər edən Avstraliya parlamentinin nümayəndə heyətini səmimi qarşıladığınıza görə Sizə təşəkkür edirəm.

Avstraliya hökuməti inanır ki, terrorizm, iqlim dəyişikliyi, beynəlxalq inkişaf və silahsızlaşma kimi qlobal çağırışlar genişmiqyaslı qlobal həll tələb edir. Avstraliya BMT çərçivəsində Azərbaycan ilə birgə çalışmaqdan məmnundur və ölkələrimiz arasındakı sıx əməkdaşlığın davam edəcəyinə inanır.

Avstraliya əmindir ki, onun İnsan Hüquqları Şurasında 2018-2020-ci illər üzrə namizədliyi Azərbaycan tərəfindən dəstəklənəcək. Avstraliyanın namizədliyi bizim insan hüquqlarının inkişafında və qorunmasında uzunmüddətli öhdəliyimizin göstəricisidir. Avstraliya Şuranın işində fəal iştirak edir. Bu, bizim üzvlük üçün ilk müraciətimizdir.

İcazə verin, ölkələrimiz arasında mövcud dostluq əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə inamımı ifadə edim".

----------

15:02

Liberiya Respublikasının Prezidenti Ellen Conson-Serlif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Sfera.az  AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Zati-alinizin şəxsində Azərbaycan xalqına və Hökumətinə Liberiya Respublikasının xalqı və Hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan xalqı milli bayramını qeyd etdiyi bir vaxtda bu təntənənin beynəlxalq sülhün və sabitliyin BMT-nin prinsiplərinə uyğun olaraq daha da inkişaf etdirəcəyinə dua edirik.

Əminik ki, Liberiya ilə Azərbaycan arasında mövcud olan ikitərəfli səmimi əlaqələr ölkələrimizin və xalqlarımızın əməkdaşlığını daha da gücləndirəcək.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

X X X

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsiano da Silva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Sfera.az  AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - 28 May Respublika Günü münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının adından və şəxsən öz adımdan Zati-alinizə cansağlığı və xoşbəxtlik arzu edirəm. Qoy Sizin ölkənizin xalqı sülh və tərəqqi içində yaşasın".

X X X

İsrailin Prezidenti Reuven Rivlin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Sfera.az  AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına İsrail xalqı adından və şəxsən öz adımdan davamlı inkişaf, rifah arzulayır, səmimi təbriklərimi çatdırıram.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

X X X

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Sfera.az  AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan şərəf duyur, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzu edirəm.

Əminəm ki, ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrinin dost xalqlarımızın mənafeyi naminə daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə səylərimiz bundan sonra da davam edəcək.

Zati-aliləri, xahiş edirəm yüksək ehtiramımı qəbul edin".

X X X

Monqolustanın Prezidenti Saxiaqiyn Elbeqdorj Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Sfera.az  AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Monqolustan ilə Azərbaycan arasındakı ənənəvi dostluq münasibətləri xalqlarımızın maraqları naminə daha da inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və rifah, dost Azərbaycan xalqına firavanlıq arzu edirəm".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR