Logo

İlham Əliyev İordaniya kralı və Argentina prezidentini təbrik edib

İlham Əliyev İordaniya kralı və Argentina prezidentini təbrik edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Əlahəzrət,

Əziz Qardaşım,

İordaniya Haşimilər Krallığının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

X X X

Prezident İlham ƏliyevArgentina Respublikasının Prezidenti Maurisio Makriyə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Argentina Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Argentina xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR