Logo

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü olub - FOTOlar

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü olub - FOTOlar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mayın 23-də İstanbulda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

Sfera.az  AZƏRTAC-a istinadən bildirir ki. görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Mütəmadi xarakter daşıyan yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olundu. İstanbulda keçirilən Dünya Humanitar Sammitinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirildi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edildi, ikitərəfli münasibətlərimizin gələcək inkişafına dair fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü olub - FOTOlar
Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü olub - FOTOlar
Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü olub - FOTOlar
Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü olub - FOTOlar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR