Logo

Dünya liderləri Prezident İlham Əliyevi təbrik etdilər

Dünya liderləri Prezident İlham Əliyevi təbrik etdilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kuba Respublikasının Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul KastroRusdan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri,

Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ürəkdən təbrik edir, Zati-alinizə ən xoş arzularımı çatdırıram.

Sizə yüksək hörmət və ehtiramlarımı bildirirəm".

XXX

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, daxili işlər naziri Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli Prezident,

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan hökumətinə və xalqına daha böyük inkişaf və çiçəklənmə arzu edirəm".

XXX

Səudiyyə Ərəbistanı Krallığı vəliəhdinin varisi, Baş nazirin ikinci müavini, müdafiə naziriMəhəmməd bin Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Möhtərəm Prezident,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən gözəl təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına və hökumətinə daha böyük tərəqqi və rifah arzu edirəm".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR