Logo

Paşinyanı devirmək üçün “B” planı – Siyasətçilər yox, silahlar danışacaq

Paşinyanı devirmək üçün “B” planı – Siyasətçilər yox, silahlar danışacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ermənistanda Paşinyana qarşı duran qüvvələr daha çox "B” planına meyllidirlər”.

Bu sözləri Sfera.az-a açıqlamasında fevralın 20-də İrəvandakı mininqdə çıxışında müxalif liderlərdən olan Vazgen Manukyanın Nikol Paşinyanın istefasına nail olmaq üçün "A” planı ilə yanaşı "B” planını da gündəmə gətirməsinə münasibət bildirərkən politoloq İlqar Vəlizadə deyib:

"Müxalifət mitinqlərdə iştirak edənlərin sayını şişirdir. Mitinqdən mitinqə azalmaların olduğunu görürük. Ermənistanda keçirilən son sorğular da göstərir ki, keçmiş liderləri dəstəkləyənlərin sayı azdır. Düzdür, Paşinyanın da vəziyyəti ürəkaçan deyil. İnsanların ona olan inamı itib. Lakin bu o demək deyil ki, keçmiş liderlərə inam çoxalıb. Seçim qarşısında qalan əhali yenə də əsasən Paşinyana üstünlük verir”.

Həmsöhbətimiz buna əsaslanaraq qeyd edir ki, indiki durumda müxalifətin dinc yolla iqtidara sahib çıxması qeyri-realdır: "Bunu erməni müxalifəti də bilir. Ona görə də  Paşinyana qarşı duran qüvvələr daha çox "B” planı üzərində işləyirlər.  "B” planında əsas rol Qarabağdan gələn və silahları təhvil vermək istəməyən hərbçilərə, müxalifətin nəzarətində olan hərbləşmiş dəstələrə verilir. Separatçı rejim müəyyən dərəcədə onları dəstəkləyir. Vazgen Manukyan kimi separatçı hərəkatın başında dayananlardan nə desən gözləmək olar.  O da, Köçəryan da, Serj Sarkisyan da cinayətkardır. Cinayətkarın isə əsas mübarizə üsulu silahdır”.

Elçin
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR