Logo

ATƏT-in Minsk qrupundan imtina etməliyikmi? – Rəylər

ATƏT-in Minsk qrupundan imtina etməliyikmi? – Rəylər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"ATƏT-in Minsk qrupunun fəaliyyətinə, ümumiyyətlə bu mövzuya birdəfəlik son qoymaq üçün prosesi rəsmiləşdirmək gərəkdir”.

Bu sözləri Sfera.az-a açıqlamasında fəaliyyətsizliyini əməldə təsdiqləyən, buna baxmayaraq  yenə də bölgəyə səfərlərini davam etdirən ATƏT-in Minsk qrupundan qurtulmağın yollarından danışarkən AMİP lideri Etibar Məmmədov deyib:

"Vətəndaş olaraq biz Minsk qrupuna artıq ehtiyacın olmadığını deyə bilərik. Ancaq hökumət Minsk qrupunu istəmirsə, rəsmi şəkildə ATƏT-ə müraciət edərək qurumun xidmətlərindən imtina etdiyini bəyan etməlidir. Yəni, onların vasitəçilik missiyasına son qoyulması üçün rəsmi müraciət lazımdır. Rəsmi müraciətdən sonra Minsk qrupu da tarixdə qalacaq”.

Həmsöhbətimizin fikrincə, buna görə ölkəmizə heç bir təzyiq ola bilməz: "Azərbaycan suveren dövlətdir, özünün müstəqil hüquqları var. Nə zamansa, kiminsə vasitəçiliyinə ehtiyac duymuşuq, indi isə ona ehtiyac görmürüksə, açıq şəkildə imtina edə bilərik”.

Milli Məclisin deputatı Asim Mollazadə isə düşünür ki, Minsk qrupu mövzusuna birdəfəlik son qoymağın vaxtı hələ çatmayıb: "İndiki durumda ATƏT-in Minsk qrupu tərəflər arasında sülhün yaradılması, humanitar məsələlərin həlli kimi məsələlərlə məşğul ola bilər. Bu istiqamətdə Azərbaycan qurumla əməkdaşlığa hazırdır. Azərbaycan üçün bölgədə stabilliyin olması və regionumuzun əməkdaşlıq regionuna çevrilməsi vacibdir. Ermənistanı sülhə çağırmaq, onun ərazi iddialarından əl çəkməsi, revanşist fikirlərdən uzaqlaşması üçün sözügedən qurumun fəaliyyətinə hələ ehtiyac var”.

Elçin

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR