Logo

“10 minlik ordu saxlamaqdansa...” – Peşəkar ordu sisteminə keçid baş tutacaqmı?

“10 minlik ordu saxlamaqdansa...” – Peşəkar ordu sisteminə keçid baş tutacaqmı?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda peşəkar ordu sisteminə keçidlə bağlı təkliflər yenidən aktuallaşır. Əvvəlki dövrlərdə ölkəmizin müharibə vəziyyətində olduğu əsas gətirilərək, bu məsələ bir qədər arxa planda saxlanılırdı. İndi isə müharibə də ölkəmizin möhtəşəm qələbəsilə başa çatıb. Belə olan halda Azərbaycanda peşəkar ordu sisteminə keçid reallaşa bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan hərbi ekspert İbrahim Rüstəmli hesab edir ki, orduda say deyil, keyfiyyət önəmli olmalıdır:

"Ordu üçün bütün dövrlərdə peşəkarlıq xüsusi əhəmiyyət kəsb edib. Ordumuzun peşəkar sistemə keçməsi zəruridir. Azərbaycan üçün bu məsələ həyati əhəmiyyət daşıyır. Düzdür, təkcə "peşəkar orduya keçək” demək asandır. Bunun arxasında ciddi maliyyə resursları dayanmalıdır. Bununla belə şərti olaraq 10 minlik ordu saxlamaqdansa, 2 minlik peşəkar ordu yaratmaq daha daha produktivdir".

Ekspert peşəkar orduya keçidin maliyyə baxımından da qənaətli olacağını düşünür:

"Azərbaycanda peşəkar orduya keçməyin müəyyən elementlərini reallaşdırılıb. Bir zamanlar tank və PDM, döyüş maşınlarının komandirləri adi əsgərlər idisə, indi bu vəzifəni hərbi xidmətdə məvaciblə işləyən peşəkar hərbçilər icra edirlər. Bahalı tankın idarəsi arxasında 18 yaşlı gənc əsgərin olmağındansa, peşəkar hərbçinin dayanması daha faydalıdır. Ümid edirəm ki, qardaş Türkiyə ilə ikitərəfli əməkdaşlığımız peşəkar orduya keçidi də sürətləndirəcək”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR