Prezident İlham Əliyev Norveç kralını təbrik edib
Kateqoriya məlum deyil
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Norveçin kralı V Haralda təbrik məktubu ünvanlayıb.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Əlahəzrət,
Norveç Krallığının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".






