Logo

Hündürlüyü iki metr olan "Şuşa" yazısı hazırdır - FOTO

Hündürlüyü iki metr olan "Şuşa" yazısı hazırdır - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Vətən Müharibəsi zamanı nəticəsində işğaldan azad olunan Şuşa şəhərində quraşdırılması üçün iri ölçülü (iki metrə yaxın hündürlükdə) yazı hazırlanıb.

Sfera.az-ın məlumatına görə, xüsusi işıq diodları ilə təchiz olunmuş konstruksiya elektrik enerjisinin verilib-verilməməsindən asılı olmadan sutkanın qaranlıq vaxtında da göz oxşayacaq.

"AdCo" reklam şirkəti tərəfindən hazırlanan yazının Azərbaycanın mədəniyyət paytaxtında yerləşdirilməsi üçün artıq aidiyyatı qurumlara müraciət olunub və təsdiqini gözləyir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin düşməndən azad edildiyini açıqlayıb. Hazırda şəhərdə infrastrukturun bərpası həyata keçirilir, restavrasiya işləri üçün hazırlıqlar görülür. /Report

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR