Azərbaycan ordusu şəhid verdi
Azərbaycan ordusu şəhid verdi.
ANS PRESS Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, mayın 8-də qoşunların təmas xəttində düşmənlə atışmada Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Heydərov Əli İntiqam oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Heydərov Əli İntiqam oğlu Bakının Qobu qəsəbəsindən hərbi qulluğa çağrılıb. Yaxınlarının ANS PRESS-ə verdiyi məlumata görə, mayın 10-da onun ad günü olmalı idi.
Hərbi qulluqçu Ə.Heydərov cəbhənin Tərtər istiqamətində qəhrəmancasına şəhid olub. Şəhidin cənazəsi bir az öncə Qobu qəsəbəsinə gətirilib.
Şəhidlə vida mərasimi sabah keçiriləcək və o, Qobu qəsəbə qəbiristanlığında dəfn olunacaq.
Ə.Heydərovun iki qardaşı və bir bacısı var.
Şəhidimizə Allah rəhmət etsin!
Mayın 3-də qoşunların təmas xəttində qarşı tərəflə atışmada Azərbaycan Silahlı Qüvvələrin əsgəri Yüzbəyov Əmrah Aydın oğlu şəhid olub.
19 yaşlı Yüzbəyov Əmrah ötən il aprel ayında Xaçmaz rayonundan hərbi xidmətə çağrılmışdı. Şəhid Xaçmaz rayon Hacıməmmədoba kənd qəbirstanlığında dəfn olunub.






