Logo

Qarabağda yeni müharibə mümkündürmü? – Rusiyalı hərbi ekspert nəyə eyham vurub?

Qarabağda yeni müharibə mümkündürmü? – Rusiyalı hərbi ekspert nəyə eyham vurub?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qarabağda hərbi münaqişənin yenidən alovlanması ehtimalı var, amma bu, yaxın dövr üçün real görünmür”.

Bu sözləri Sfera.az-a açıqlamasında rusiyalı hərbi ekspert Aleksey Leonkovun 2021-ci ildə Qarabağda hərbi qarşıdurmanın davam edəcəyilə bağlı proqnozuna münasibət bildirərkən politoloq Nəsimi Məmmədli deyib:

"Əslində, dövlətlərarası, millətlərarası istənilən problemdə böyük sülh müqaviləsi imzalanmayıbsa, münaqişələr hər zaman yenidən alovlana bilər. Nəzəri baxımdan bunun başqa izahı yoxdur. Qarabağ məsələsinə gəldikdə, hələlik böyük sülh sazişi imzalanmadığından hərbi qarşıdurmanın davam edəcəyi ehtimalı var.

Amma bu ehtimal yaxın dövr üçün real deyil. Rusiya hazırda Dağlıq Qarabağ ərazisində yeni münaqişə ocağının yaranmasını istəmir. Düzdür, rusiyalı ekspertin fikrindən belə anlaşılır ki, harda Kreml varsa, orada münaqişə var. Bu doğrudur. Rusiya iqtisadi potensialı ilə deyil, keçmiş SSRİ-də olduğu kimi daha çox silahdan istifadə etməklə digər regionlara nüfuz etməyə çalışır. Ona görə harada Rusiya varsa, orada münaqişələrin olması nəzəri baxımdan doğrudur”.

Həmsöhbətimiz qeyd etdi ki, Qarabağda hərbi qarşıdurma yenidən alovlansa, prosesə yeni oyunçular qoşulacaq:

"Praktiki olaraq, Qarabağda yenidən hərbi əməliyyatlar başlasa, bu Rusiyanın arzu etmədiyi yeni oyunçuların, Qərbin regiona gəlişinə zəmin yaradacaq. Hansı ki, belə variant Moskva üçün heç də ürəkaçan deyil.Bölgədəki hazırkı status-kvo da Rusiyanı qane etmir. Çalışır ki, buradakı sülhməramlı kontingentinin, eyni zamanda, Qarabağda erməni əhalisinin sayını artırsın. Bu isə Azərbaycanın haqlı narazılığına səbəb olur. Nəticədə problemin hələ ki, davam etdiyini görürük. Lakin fikrimcə, böyük münaqişə ehtimalı real deyil”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR