Logo

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Artıq 2020-ci il sona çatır. Geridə qoyduğumuz il ərzində Azərbaycan üçün bir sıra mühüm və tarixi hadisələr baş verdi. Yola saldığımız 2020-ci il ölkəmizin tarixinə şanlı səhifə kimi yazıldı. Şübhəsiz ki, bu ilin ən böyük hadisəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması oldu. 30 ilə yaxın həsrətində olduğumuz Qarabağ işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olundu.

2020-ci ildə yadda qalan digər hadisə bütün dünyanı ağuşuna alan koronavirus təhlükəsidir və təəssüf ki, bu bəla ölkəmizdən də yan keçmədi.

Sfera.az ölkəmiz üçün siyasi və iqtisadi baxımdan əhəmiyyətli olan hadisələrin xronikasını təqdim edir:

İlin əvvəlində Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması haqqında niyyət protokolu imzalandı. Yanvarın 21-də baş tutan hadisə dünya mətbuatının da diqqətini çəkdi.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşündə Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalamışdı.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Milli Məclisə seçkilər keçirildi

Fevral ayı Azərbaycanda Milli Məclisə keçirilən seçkilərlə yadda qaldı. Fevralın 9-da baş tutan seçkilər zamanı 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə apardı.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsi açıldı

Martın 18-də "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı oldu.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı

Martın 19-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzaladı. Fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

"Virtual məktəb” layihəsinə start verildi

2 aprel. Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb” layihəsinə start verildi. Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Türk Şurasının fövqəladə Zirvə görüşü keçirildi

10 aprel. Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunan fövqəladə Zirvə görüşü keçirildi.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Digər mühüm beynəlxalq tədbir Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün keçirilməsidir.

Mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü baş tutdu.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı ilin əsas hadisələrindəndir

7 may tarixində Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində təxribat törətdi

Bu il həmçinin Ermənistan ordusunun genişmiqyaslı təxribatları ilə xatırlanacaq. Belə ki, ilk geniş təxribat cəhdi Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi cinayətlər oldu.

12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi və kəndləri atəşə tutublar. Həmin vaxt Azərbaycan Ordusu tərəfindən görülən adekvat tədbirlər nəticəsində düşmən itki verərək geri oturdulub.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

"Qarabağ” yatağının dayaq bloku dənizə yola salındı

İlin yadda qalan mühüm iqtisadi hadisələrindən digəri "Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınmasıdır.

Qeyd edək ki, avqustun 10-da Prezident İlham Əliyevin iştirakı ilə "Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimi keçirilib.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Ermənistan silahlı qüvvələri bütün cəbhəboyu genişmiqyaslı təxribat törətdi. Vətən müharibəsi başladı.

2020-ci ilin mühüm hadisəsi Vətən müharibəsinin başlanması idi. Müharibə Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı təxribat törətməsindən sonra başladı. Belə ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri cəbhəboyu təxribatlar törədərək nəinki hərbi hədəfləri, mülki əhalini, yaşayış məntəqələrini atəşə tutdular. Düşmənin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı və Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək bu barədə məlumat verdi. Hərbi əməliyyatların ilk günü Murovdağ və Ağdərə istiqamətlərində strateji yüksəkliklər və bir sıra kəndlər işğaldan azad olundu.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

BMT-nin Baş katibi Antonio Quterreşlə Prezident İlham Əliyev arasında görüş oldu

28 sentyabr. BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş keçirildi.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Cəbrayıl şəhəri və rayonun bir neçə kəndi işğaldan azad edildi

4 oktyabr. Cəbrayıl şəhəri və rayonun bir neçə kəndi işğaldan azad olundu. Prezident, Ali Baş Komandan İlham Əliyev bu münasibətlə xalqa müraciət etdi.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Xocavənd rayonunun Hadrut qəsəbəsi işğaldan azad olundu

Oktyabrın 9-da Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir neçə kəndi işğaldan azad olundu. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdi.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Gəncə şəhəri ballistik raketlə atəşə tutuldu

Təəssüf ki, bu il ermənilərin ağır hərbi cinayətləri ilə də yadda qalır. Belə ki, oktyabrın 11-də Gəncə şəhərinə ballistik raketin atılması faciə ilə nəticələndi.

Baş Prokurorluğun məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak oldu, 35-dən çox şəxs yaralandı, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəydi.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Ermənistan silahlı qüvvələri Gəncəyə ikinci dəfə ballistik raket atdı

Ermənistan silahlı qüvvələri bununla kifayətlənmədilər. Oktyabrın 17-də Gəncəyə ikinci dəfə ballistik raket atdılar. Düşmənin Gəncəyə xain hücumu nəticəsində 13 nəfər həlak oldu, 48-dən çox şəxs xəsarət aldı, çoxsaylı mülki infrastruktur obyektinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Füzuli şəhəri işğaldan azad edildi

Oktyabr ayı Füzulinin işğaldan azad edilməsi ilə də yadda qaldı. Ayın 17-də Füzuli şəhəri və rayonun bir neçə yaşayış məntəqəsi işğalçılardan təmizləndi və yenə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı xalqa tarixi müraciət etdi.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı

Bir gün sonra Azərbaycan xalqı Xudafərin xəbəri ilə bayram əhvalına büründü. Ordumuz məşhur tarixi abidəni işğalçılardan azad edib körpü üzərində Azərbaycan bayrağı qaldırdı. 18 oktyabr Azərbaycan Silahlı Qüvvələrinin qədim Xudafərin körpüsünün üzərində şanlı bayrağımızı qaldırdığı gün kimi tarixə düşdü.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Zəngilan şəhəri işğaldan azad olundu

Bu qürurlu hadisədən çox keçməmiş Zəngilan şəhəri işğaldan azad olundu. Belə ki, oktyabrın 20-də Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edildi.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Qubadlı şəhəri işğalçılardan azad edildi

Ardınca Qubadlı şəhərinin işğalçılardan azad olunması xəbəri Azərbaycan xalqını sevindirdi. Oktyabrın 25-də Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin özünü işğalçılardan azad etdi.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Ermənistan ordusu Bərdə şəhərini raket atəşinə tutdu

Təəssüf ki, oktyabr daha bir erməni vəhşiliyi və hərbi cinayəti ilə tarixə düşdü. Ayın 28-də Ermənistan ordusu Bərdə şəhərini raket atəşinə tutdu.

Baş Prokurorluğun məlumatına əsasən, Ermənistan silahlı qüvvələri Bərdəni "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutması nəticəsində 21 dinc sakin həlak oldu, 70-dən çox şəxs isə bədən xəsarəti aldı. Çoxsaylı mülki infrastruktur obyektinə, evlərə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Şuşa işğaldan azad olundu

Noyabr ayı ilk olaraq Şuşanın işğaldan azad olunması ilə tarixə düşdü. 8 noyabr tarixində Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhəri işğaldan azad olundu.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdilər. Dövlətimizin başçısı Şəhidlər xiyabanında bu münasibətlə Azərbaycan xalqına müraciət etdi.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

İşğal altındakı daha 71 kənd, 1 qəsəbə və 8 strateji yüksəklik azad olundu

Bir gün sonra işğal altındakı daha 71 kənd, 1 qəsəbə və 8 strateji yüksəklik işğalçılardan təmizləndi. Vətən müharibəsinin 44 günü ərzində - sentyabrın 27-dən noyabrın 9-dək rəşadətli Azərbaycan Ordusu 5 şəhəri, 4 qəsəbəni və 286 kəndi işğaldan azad etdi.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Qarabağda atəşkəs barədə üçtərəfli bəyanat imzalandı

Nəhayət, noyabrın 10-da Qarabağda atəşkəs barədə üçtərəfli bəyanat imzalandı. Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları Dağlıq Qarabağ münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə olan bəyanat Ermənistanın kapitulyasiya aktı kimi tarixə yazıldı.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıla səfər etdilər

Noyabr ayı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın uzun illərdir ki, həsrətində olduğumuz Füzuli və Cəbrayıla səfər etmələri ilə də yadda qaldı. Xatırladaq ki, noyabr 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində oldular. Prezident Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verdi.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Ağdam rayonu Azərbaycana təhvil verildi

20 noyabr tarixində üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu Azərbaycana təhvil verildi. Həmin gün Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil oldular və Ağdam şəhərinə dövlət bayrağımız sancıldı.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdamda oldular

Noyabrın 23-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərinə gəldilər və dövlətimizin başçısı Ağdam məscidinin qarşısında tarixi çıxış etdi.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Kəlbəcər rayonu Azərbaycana qaytarıldı

Noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Həmin gün Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil oldular və bu münasibətlə Prezident İlham Əliyev xalqa müraciət ünvanladı.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Laçın rayonu Azərbaycana təhvil verildi

Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Həmin gün Azərbaycan Ordusunun bölmələri Laçına daxil oldu və rayonda Azərbaycanın dövlət bayrağı qaldırıldı. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi

Dekabrın 3-də Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi ilin mühüm siyasi hadisələrindən oldu.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində videoformatda Xüsusi Sessiyası keçirildi. Prezident İlham Əliyev sessiyada geniş şəkildə çıxış etmişdi.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Azadlıq meydanında Zəfər paradı keçirildi

Bakıda Zəfər paradının keçirilməsi isə 2020-ci ilin ən qürurlu tarixi hadisələrindən biri idi. Dekabrın 10-da baş tutan Zəfər paradı Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuşdu. Bu tarixi paradda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan da iştirak etdilər.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı və Zəngilan rayonlarına səfər etdilər

2020-ci ilin son günlərində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qubadlı və Zəngilan rayonlarına səfər etməsi ilin unudulmaz hadisələri sırasındadır.

Məlumat üçün bildirək ki, səfər 23 dekabr tarixində baş tutdu. Müzəffər Ali Baş Komandan Ermənistanın qanunsuz məskunlaşma apardığı Qubadlının Xanlıq kəndində hərbçilərlə görüşdü, Qubadlıda və Zəngilanda Azərbaycan bayrağını ucaltdı.

Ölkəmiz üçün 2020-nin ən önəmli hadisələri - Zəfər ilində nələr baş verdi?

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR