Logo

İctimai nəqliyyatın hərəkəti bu tarixlərdə dayandırılacaq – Əli Əsədovdan QƏRAR

İctimai nəqliyyatın hərəkəti bu tarixlərdə dayandırılacaq – Əli Əsədovdan QƏRAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli qərarında dəyişiklik edilib.

Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Azərbaycanda yaranmış sanitar-epidemioloji vəziyyət nəzərə alaraq qəbul edilən qərara əsasən 2021-ci ilin aşağadakı günlərində bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

- 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək;

- 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək;

- 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək;

- 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək;

- 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək

Qərar dekabrın 28-də qüvvəyə minəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR