Logo

"İstəyirlər ki, Bakı Moskvadan bərk yapışsın...” - Valentina Matviyenkonun Qarabağ açıqlaması nəyə xidmət edir?

"İstəyirlər ki, Bakı Moskvadan bərk yapışsın...” - Valentina Matviyenkonun Qarabağ açıqlaması nəyə xidmət edir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Həmin açıqlama Moskvanın ikibaşlı oynadığının göstəricisidir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Qarabağın statusundan danışarkən beynəlxalq səylərin köməyilə bunun üçün əlavə danışıqlara ehtiyac olduğunu deməsinə münasibət bildirərkən politoloq Natiq Miri deyib:

"Bununla V. Matviyenko bir tərəfdən Rusiyanın BMT mandatı olmadan, Minsk qrupunun digər həmsədr dövlətlərilə razılaşdırmadan Qarabağ ərazisinə təkbaşına sülhməramlı statusunda girməsini dolayısı il örtbasdır etmək istəyir. Çünki o, bu məsələnin ABŞ-da Co Bayden prezidentlik fəaliyyətinə başlayandan sonra Ağ Ev tərəfindən qaldırılacağını düşünür.

Ona görə də məsələni bir növ örtbasdır etmək üçün digər həmsədr dövlətlərin də gələcəkdə status məsələsində iştirakına yol açıldığını göstərməklə çalışırlar ki, ABŞ-la Fransanı həmin məsələ ilə bağlı Rusiyaya qarşı neytrallaşdıra bilsinlər.Moskva əslində digər ölkələrin prosesdə iştirakını istəmir”.

Politoloqun fikrincə, bu açıqlamanın başlıca məqsədi isə Azərbaycana təzyiqdir:

"Açıqlamada məqsəd Azərbaycana təzyiq elementi yaratmaqdır. Azərbaycan yeni beynəlxalq strukturların, həmsədr dövlətlərin prosesdə iştirakında maraqlı deyil. Çünki, Bakı Dağlıq Qarabağ münaqişəsini həll etdiyini bəyan edir. Ona görə də artıq hər hansı bir münaqişə elementi mövcud deyil.Bu səbəbdən də hansısa beynəlxalq strukturlar, yaxud Minsk qrupu həmsədr dövlətlərin prosesdə iştirakına lüzum yoxdur.

Rusiya tərəfi isə məsələni öz marağı çərçivəsində bəyan etməklə dolayısı ilə həm də Azərbaycana təzyiq mexanizmi yaradır ki, Bakı Moskvadan bərk yapışsın. Belə açıqlama Azərbaycanın marağına xidmət etmir. Ona görə də Azərbaycan hərbi təzyiqini artırmalı və situasiyanı getdikcə öz nəzarətinə almalıdır”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR