"Madrid Xəbərləri"ndə ermənilərin Azərbaycan ərazisində törətdiyi vəhşiliklərdən bəhs edildi
"Madrid Xəbərləri"ndə ermənilərin Azərbaycan ərazisində törətdiyi ekoloji terror, vandalizm və vəhşiliklər haqqında bəhs olunub.
Sfera.az bildirir ki, sözügedən məqalədə Azərbaycanın multikultural dövlət olduğu və müxtəlif etnik qrupların ölkəmizdə qədim dövrlərdən etibarən sülh və firavanlıq içərisində yaşadığı, eyni zamanda erməni işğalı nəticəsində xeyli sayda insanın məcburi köçkün və qaçqın olması barədə məlumat verilib.
Məqalədə o cümlədən, ermənilərin Şuşada, Kəlbəcərdə, Füzulidə və digər işğaldan azad olunmuş ərazilərimizdə ekoloji, mədəni cinayətlər törədib, mənəvi və maddi ziyan vurduqları, məscid, kilsə və digər abidələrimizi dağıtdıqları qeyd olunub.
Xatırladılıb ki, bioloji müxtəlifliyə qarşı belə bir zərbə vurmaq, Ermənistanın 2002-ci ildən bəri qoşulduğu BMT-nin Biloji Müxtəliflik Konvensiyasına əsasən insanlığa qarşı cinayət hesab olunur.






