Logo

Prezident İlham Əliyev Bakıda çoxmərtəbəli avtomobil dayanacağının açılışında iştirak edib - FOTO

Prezident İlham Əliyev Bakıda çoxmərtəbəli avtomobil dayanacağının açılışında iştirak edib - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mayın 4-də Bakının 8-ci Kilometr qəsəbəsindəki Qara Qarayev prospekti ilə Naxçıvani küçələrinin kəsişməsində inşa olunan çoxmərtəbəli avtomobil dayanacağı istifadəyə verilib.

Sfera.az  AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdayanacağın rəmzi açılışını bildirən lenti kəsdi.

Avtodayanacaqla tanış olan dövlətimizin başçısı İlham Əliyevə məlumat verildi ki, ümumi sahəsi 16 min 286 kvadratmetr olan avtodayanacağın yuxarı mərtəbəsi restoran kimi fəaliyyət göstərəcək. Buradan Heydər bağına gözəl mənzərə açılır. Bildirildi ki, dayanacaqda 391 avtomobili eyni vaxtda parklamaq mümkündür. Avtodayanacaq naviqasiya, avtomat yanğınsöndürmə sistemləri ilə təchiz olunub.

Paytaxtın 8-ci Kilometr qəsəbəsinin ən qaynar və hərəkətin intensiv olduğu ərazisində tikilən avtodayanacaq yol kənarlarının boşalmasına geniş imkan yaradacaq. Bununla da ərazidə avtomobil tıxacları aradan qaldırılacaq.

Prezident İlham Əliyev Bakıda çoxmərtəbəli avtomobil dayanacağının açılışında iştirak edib - FOTO
Prezident İlham Əliyev Bakıda çoxmərtəbəli avtomobil dayanacağının açılışında iştirak edib - FOTO
Prezident İlham Əliyev Bakıda çoxmərtəbəli avtomobil dayanacağının açılışında iştirak edib - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR