Logo

ATƏT-in Minsk qrupunu necə dəfn etməli? – Gözlər Türkiyə və Rusiyada

ATƏT-in Minsk qrupunu necə dəfn etməli? – Gözlər Türkiyə və Rusiyada
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"ATƏT-in Minsk qrupunun fəaliyyət çərçivəsi demək olar ki, qalmayıb”.

Bu sözləri Sfera.az-a açıqlamasında ATƏT-in Minsk qrupu formatından birdəfəlik qurtulmaq üçün nə etmək lazım olduğunu dəyərləndirərkən politoloq Natiq Miri deyib:

"Minsk qrupu Qarabağ problemini həll etməli idi. Amma bu ərazilər Azərbaycan Ordusunun şanlı qələbəsi ilə geri qaytarıldı. Deməli, ortada hansısa münaqişə predmeti qalmayıb. Ona görə də Minsk qrupunun fəaliyyəti üçün sahə və ərazilər də qalmayıb. Artıq həmsədrlərin görə biləcəyi heç bir iş yoxdur. Problemin həllində rol oynayan yeganə həmsədr dövlət Rusiyadır. Ona da bu imkanı yaradan Azərbaycandır”.

Politoloq düşünür ki, Rusiya digər həmsədr dövlətlərdən fərqli olaraq bölgədə geosiyasi üstünlük qazanıbsa, buna görə Bakıya borclu olduğunu anlamalıdır:

"Belədə Rusiya üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməlidir ki, Minsk qrupunun digər həmsədrlərinin fəaliyyətinə imkan yaranmasın. Amma yaradılan bəzi süni gərginliklərlə Rusiya əslində digər həmsədr ölkələrə prosesdə iştirak etmək üçün müəyyən bəhanələr verə bilər.

Bu cür bəhanələrin olmamasının və Minsk qrupu həmsədr institutunun fəaliyyətinə son qoymağın yeganə yolu Moskvanın bəyanatda üzərinə götürdüyü öhdəliklərə tamamilə əməl etməsindən keçir. Ankara və Moskva bunu birgə çözəcəklərsə, Minsk formatına lüzum qalmayacaq və bu kontekstdə kimsə Azərbaycana təzyiq edə bilməyəcək.

Humanitar məsələləri də Azərbaycan, Türkiyə və Rusiya öz aralarında sürətlə həll etməlidirlər ki, Minsk qrupu formatını birdəfəlik dəfn etmək mümkün olsun”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR