Logo

İlham Əliyev Əli Nağıyevə general-polkovnik rütbəsi verdi - SƏRƏNCAM

İlham Əliyev Əli Nağıyevə general-polkovnik rütbəsi verdi - SƏRƏNCAM
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilib.

Sfera.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki,Prezidentin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib. 27 iyun 2019-cu il tarixli Digər sərəncamı ilə isə ona general-leytenant ali hərbi rütbəsi verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR