Ərdoğan Qələbə paradında iştirak edəcək
Kateqoriya məlum deyil
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ayın 10-da Bakıda keçiriləcək Qələbə paradında iştirak edəcək.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə telekanalları məlumat yayıblar.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə dekabrın 10-da Bakının Azadlıq Meydanında hərbi parad keçiriləcək.






