Logo

“10 min manat versək də azdır, amma..” – Ekspert şəhid ailələri və qazilərin təqaüd məbləğindən danışdı

“10 min manat versək də azdır, amma..” – Ekspert şəhid ailələri və qazilərin təqaüd məbləğindən danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələri və qazilər üçün nəzərdə tutduğu təqaüdlərin məbləğini açıqlayıb. Şəhid ailəsi üçün təqaüdlərin məbləği 300 manat, müharibədə əlilliyi olanlara isə 1, 2 və 3-cü dərəcəyə uyğun olaraq, 250, 230 və 210 manat müəyyən edilib.

Sfera.az mövzunun ictimai müzakirəyə səbəb olduğunu nəzərə alaraq iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib:

“10 min manat versək də azdır, amma..” – Ekspert şəhid ailələri və qazilərin təqaüd məbləğindən danışdı

"Məhz müharibə iştirakçıları, Şəhid və Qazilərimiz sayəsində hərbi qələbələr qazandıq və torpaqlarımızı işğaldan azad etdik. Bu mənada onlara nə qədər ödəsək, nə qədər çox təqaüd versək də borclarından çıxa bilmərik. Onlara aylıq 5-10 min manat versək də azdır”.

Həmsöhbətimizin fikrincə, Şəhid ailələri və qazilərə verilən təqaüdlərin artırılması prosesi sistemli, kompleks şəklində həyata keçməlidir:

"Onların aylıq müavinətlər, birdəfəlik ödənişlər, mənzil və avtomobillərlə təminatı məsələsi sürətlə reallaşmalıdır. Digər tərəfdən, hər il həmin ödənişlərin indeksləşməsi aparılmalıdır. Yəni, inflyasiyadan asılı olaraq, indeksləşmə aparılmalıdır. Bütün hallarda ölkənin iqtisadi fürsətlərini də nəzərə almaq lazımdır. Büdcəmiz bu addımların qarşılığını verməyi bacarmalıdır”.

Ekspert qeyd etdi ki, bu güzəştlər Birinci Qarabağ savaşında vuruşanlara da şamil edilməlidir: "Bu istiqamətdə ayrılıq olmaması üçün ortaq məxrəc tapılmalıdır”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR