Tərtərdə nə baş verir? - YENİLƏNİB
09:58
Ötən gecə ermənilərin atdığı çoxsaylı "qrad" mərmilərindən ikisi Tərtər şəhərinin mərkəzində yerləşən pambıq məntəqəsinə düşüb.
Bu barədə "Report"a Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədovməlumat verib.
İcra başçısı bildirib ki, ermənilər cəbhə xəttində təxribat planlarını həyata keçirməkdə davam edirlər: "Aprelin 27-dən 28-nə keçən gecə ermənilər cəbhə xəttində yenidən atəşkəs rejimini pozublar. Onların əsas hədəfi dinc sakinlərdir və buna görə də mütəmadi olaraq yaşayış məntəqələrini və rayon ərazisində yerləşən inzibati binaları atəşə tuturlar. Ötən gecə isə ermənilərin atdığı "qrad" mərmilərindən ikisi şəhərin mərkəzində yerləşən pambıq məntəqəsinin yaxınlığında partlayıb. Nəticədə məntəqənin binası dağılaraq yararsız hala düşüb".
--------
09:50
Erməni silahlı birləşmələrinin ötən gecə təmas xəttində yerləşən mövqelərimizi ağır artilleriyalardan atəşə tutması nəticəsində Tərtər rayonunda 51 evə ciddi ziyan dəyib.
Sfera.az bilirir ki, bu barədə Trend-ə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, erməni silahlı birləşmələri Tərtər şəhəri də daxil olmaqla 11 kəndi atəşə tutub: "Nəticədə Tərtər şəhərində 11 evə ciddi ziyan dəyib. Bundan başqa, rayonun Qapanlı kəndində 2 ev, Yuxarı Qapanlıda 7, Hacı Qərvənddə 15, Qarağacı kəndində 11, Bala Səngərlidə 1, Buruc kəndində 3, Yuxarı Qaradağlıda 1 evə ciddi ziyan dəyib. Hazırda rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində dağılmış evlərin sayı dəqiqləşdirilir".
M.Məmmədov bildirib ki, hadisə nəticəsində rayon sakinləri arasında ölən və yaralanan olmayıb.






