Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşdü - YENİLƏNİB - FOTO
23:39
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 25-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda işgüzar səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ilə birgə şam ediblər.
20:57
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizə işgüzar səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi.
Yüksək səviyyəli görüşlərin əməkdaşlığın inkişafı baxımından önəmi vurğulandı. Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirildi. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyəti vurğulandı və bu tədbirin beynəlxalq əməkdaşlıq işinə töhfə verdiyi bildirildi.
Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.












