Hacıyevdən Bülbüloğluna: Yersiz, səhv açıqlama...
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin bu məsələ ilə bağlı verdiyi şərh yersizdir. Bu kimi hal Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə bilməz.
Sfera.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"Həmçinin, məsələnin mahiyyətinə varmadan Azərbaycanın Rusiyadakı səfirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədikləri qəbuledilməzdir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri və digər rəsmi şəxsləri ölkənin rəsmi mövqeyinə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər”, - PA rəsmisi qeyd edib.
Xatırladaq ki, Polad Bülbüloğlu təsadüfən, səhv nəticəsində vurulan Rusiya helikopteri haqda "müharibədə hər şey olur" demiş, ermənilərə isə Azərbaycanda hansısa "mədəni muxtariyyət" verilə biləcəyi haqda məsuliyyətsiz, özbaşına və Prezident İlham Əliyevin "nə qədər ki mən Prezidentəm, heç bir status olmayacaq" kimi qəti və milli mövqeyinə zidd cəfəngiyyat səsləndirmişdi.






