Logo

“Qarabağın gələcəyi naminə inancda birləşmək” – Yəhudi, müsəlman və xristian dini liderlərindən vahid mövqe

“Qarabağın gələcəyi naminə inancda birləşmək” – Yəhudi, müsəlman və xristian dini liderlərindən vahid mövqe
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın həftəlik "Newsweek" nəşrində Azərbaycan Aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin müəllifliyi ilə "Qarabağın gələcəyi naminə inancda birləşmək” adlı məqalə dərc olunub.

Sfera.az-ın məlumatına görə, hər üç din xadimi Dağlıq Qarabağ münaqişəsi çərçivəsində başlayan hərbi əməliyyatları "dini müharibə” kimi təqdim edənlərə cavab verib.

Məqalədə bildirilib ki, Ermənistanla Azərbaycan arasında şiddətlənən qarşıdurmaya başqaları nə qədər dini don geyindirməyə çalışsa da, bu münaqişə heç bir dini mahiyyət daşımır və Azərbaycan "Müsəlman işğalçısı" rolunu oynamır:

Xalqımızın "xristanları təhlükəyə atdığı” və "müqəddəs müharibədə ” iştirak etdiyi barədə beynəlxalq və sosial media xəbərləri ilə tanış olduqdan sonra qərara gəldik ki, Azərbaycanın yəhudi, xristian provaslav və müsəlman konfessiyalarının liderləri olaraq fikir və münasibət bildirməyimizin vaxtı gəlib çatmışdır.

Biz fərqli inanclara sahib, lakin vətəndaş olaraq bir xalqıq – azərbaycanlıyıq və təssüf edirik ki, beynəlxalq mediada yazılanlara görə "din müharibəsində” guya bizim ölkəmiz İslamı təmsil edir.

“Qarabağın gələcəyi naminə inancda birləşmək” – Yəhudi, müsəlman və xristian dini liderlərindən vahid mövqe

Dünyanın şahid olduğu Ermənistan- Azərbaycan qarşıdurması başqalarının çox arzu etdiyi kimi dini savaş deyil, hətta Azərbycan kimlərinsə təqdim etdiyi kimi işğalçı "müsəlman dövləti” heç zaman olmamışdır. Əsrlər boyu əmin-amanlıqda yaşayan aşkenazi yəhudi icması, unikal dağ yəhudiləri icması, katolik pravoslav və hətta erməni qriqoryan xristianlarının yaşadığı çox konfessiyalı, çoxmillətli bir xalq dini zəmində müharibə apara bilməz. Hətta İslam Azərbaycanda tək məzhəbli deyildir, burada sünni və şiə məzhəbləri bərabər təmsil olunurlar.

Ermənistan isə sırf xristian dövlətidir. 1988-94-cü illərdə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizini işğal edilməsinə səbəb olan münaqişə nəticəsində əksəriyyəti müsəlman olan 300 mindən çox azərbaycanlı Ermənistandan didərgin salınmışdır. Bu müharibə zamanı daha 700 min azərbaycanlı Dağlıq Qarabağdan və ətraf yeddi rayondan qovulmuşdur. Bu ərazilər beynəlxalq səviyyədə ölkəmizin sərhədləri daxilində tanınsa da, bu günə qədər qonşu dövlətin işğalı altında qalmaqdadır.

Məntiqi baxımından bu o deməkdir ki, müsəlman olub-olmamamağımızdan asılı olmayaraq, bizim adımızın işğalçı kimi hallandırılması həqiqətə uyğun deyil. Çünki öz ölkəni işğal etmək mümkünsüzdür, onu yalnız müdafiə və bərpa etmək olar.

Otuz il öncə itirdiklərimizi düşündüyümüz zaman, indi etdiklərimizin zəruri olduğu anlaşılandır.

“Qarabağın gələcəyi naminə inancda birləşmək” – Yəhudi, müsəlman və xristian dini liderlərindən vahid mövqe

Bu gün Dağlıq Qarabağda, vaxtilə məscidlərlə yanaşı rus pravoslav və erməni kilsələrinin birgə inkişaf etdiyi yerlərdə, indi yalnız erməni kilsələri fəaliyyət göstərir- digər ibadət yerləri dəyişdirilmiş, bəziləri dağıdılmış və istifadə olunmaz hala gətirilmişdir. Azərbaycanın bütün şəhər və qəsəbələrində dinc yanaşı fəaliyyət göstərən məscidlər, kilsələr və sinaqoqlar ola bilər. Bu zəngin və rəngarəng dini tolerantlığı, multikultural modeli biz bütün bölgənin sosial və iqtisadi inkişafı ilə birlikdə yenidən qura bilərik.

İllər boyu bir olduğumuz kimi son həftələr ərzində də əlaqələrimizin möhkəmliyini nümayiş etdirdik. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə dəfələrlə erməni ordusu tərəfindən SKAT raketləri ilə birgə hədəfə alındıqda Baş Ravvin yaşayış məhəllələrində yəhudi ailələrinini ziyarət edərək onlarla birgə dualar etdi. Baş Yepiskop orduda könüllü xidmət edən və döyüş cəbhəsində şəhid olan gənc azərbaycanlı xristian əsgərin dəfn mərasimini keçirdi. Şeyxülislam yaxınlarını itirən müsəlman ailələrini təsəlli etdi, mənəvi dəstək oldu. Biz görüşdük və birgə dualar etdik, çünki bütün inanclı insanlar kimi borcumuz -dinindən asılı olmayaraq Azərbaycanda yaşayan xalqlarımızın yanında olmaqdır.

Bildiyimizə görə, hətta düşmənlərimiz belə bu vəzifəni və birliyi paylaşırlar. Mətbuatın xəbər verdiyi kimi, keçən dəfə Erməni Apostol kilsəsinin dörd patriarxından biri olan baş yepiskop "Şahab Qafqazdakı faciəvi hadisələrin dinlərarası bir qarşıdurma olmadığını” təsdiqləmişdir. Ümid edirik ki, dünya ictimaiyyəti bunu düzgün dəyərləndirəcəkdir. Dini siyasətə qarışdırmaq və dinləri bir-birinə qarşı qoymaq cəhdləri eyni dərəcədə təhlükəlidir.

Bu yoverilməzdir. Tövratda "Qonşunu özün kimi sev” (Levililər 19:18) İncildə "Qonşunu özün kimi sev” (Matta 22:39) və Quranda "Yaxın və uzaq qonşu ilə yaxşı davranın” (4:36) deyilir.

“Qarabağın gələcəyi naminə inancda birləşmək” – Yəhudi, müsəlman və xristian dini liderlərindən vahid mövqe

Biz siyasəti siyasətçilərin ixtiyarına veririk. Ancaq unutmamamlıyıq ki, bu gün Azərbaycanın təklifi -Dağlıq Qarabağda yaşayanların qovulması deyil. Bir zamanlar oradan qovulanların geri qaytarılmasıdır. Azərbaycan öz qanuni sərhədləri daxilində fərqli dinlər, mədəniyyətlər və etnik qruplarla birlikdə sülh şəraitində yaşamaq imkanı verir. Sadəcə bu yenidənqurma və qaşılıqlı anlaşma üçün daha çox qətiyyət və məsuliyyətlə edilir.

Bu günlərdə bəzi siyasətçilərin müstəsna görünmək və ölkələrini dini şüarlarla tanıtmaq cəhdləri cəmiyyət üçün son dərəcə təhlükəlidir. Biz sizlərdən xahiş edirik ki: dayanın və düşünün, nə etdiyiniz bilin! Dünyada xristian, yəhudi və müsəlmanların yaşadığı zəngin və kasıb ölkələr var. Unutmayın ki, Allah qarşısında hamımız bərabərik və hamımız Onun xeyir-duasına möhtacıq!

Sfera.az

Jalə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR