Logo

Şuşa Azərbaycanın paytaxtı elan edilsin – Bu, bizə hansı üstünlükləri verəcək?

Şuşa Azərbaycanın paytaxtı elan edilsin – Bu, bizə hansı üstünlükləri verəcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ozal MƏMMƏDOV

Şuşa Azərbaycanın paytaxtı elan edilsin – Bu, bizə hansı üstünlükləri verəcək?

Azərbaycan Ordusunun cəbhədəki inamlı qələbələri işğal altında olan bütün ərazilərimizin geri qaytarılacağına şübhə yeri qoymayıb. Artıq Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Suqovuşan qəsəbəsi, eləcə də Ağdərə, Kəlbəcər, Xocavənd və Laçın rayonlarının bir qismi düşmən tapdağından təmizlənib. Cəbhədəki tam qələbəyə sayılı günlər qalıb və bununla müstəqil Azərbaycanın qarşısında tamamilə yeni inkişaf səhifəsinin açılacağı dəqiqdir.

Bu müqəddəs savaşda isə Şuşa şəhərinin ayrıca və müstəsna yeri var. Şuşa bütün azərbaycanlılar üçün sanki müqəddəs simvola çevrilib. Bizə bütün ərazilərimiz doğma və əzizdir, bununla belə Şuşanın ayrıca yeri, müstəsna statusu var.

Prezident İlham Əliyev cənablarının da ifadə etdiyi kimi, Şuşasız başlatdığımız müqəddəs işimiz yarımçıq qalar. Odur ki, indi bütün diqqətlər məhz Şuşaya yönəlib, Şuşa hər bir azərbaycanlı, hər bir Azərbaycan əsgəri üçün xilasedici mayaka çevrilib. Arxada qoyduğumuz hər ötən gün isə bizi bu müqəddəs şəhərimizə bir qədər də yaxınlaşdırır.

Çox yaxın günlərdə Şuşa şəhərinin də azad olunacağına əminik. Təklifim isə Şuşanın müharibədən sonrakı statusu ilə bağlıdır. Hesab edirəm ki, bir sıra səbəblərdən Şuşa Azərbaycanın paytaxtı elan edilməli və bu həm də aparılan 30 illik müharibənin əzəmətli nidasına çevrilməlidir.

Bir çox dünya ölkələrinin praktikasında paytaxtın dəyişdirilməsi və ya köçürülməsi təcrübəsi var. Bunu ötən əsrin əvvəllərində Türkiyənin, bu yaxınlarda isə Qazaxıstanın timsalında görmüşük. Eləcə də digər dövlətlər müxtəlif səbəblərdən paytaxtın dəyişdirilməsinə qərar veriblər.

Bəs, ölkəmizin belə bir addım atmasını şərtləndirən səbəblər toplusu nələrdən ibarətdir?

Öncə onu vurğulayaq ki, Bakı artıq özünün dinamik inkişafına görə tanınmış dünya paytaxtları sırasında layiqli yerini tutur. Şuşanın paytaxt kimi təqdim edilməsi isə dünyaya ikinci Azərbaycan şəhərinin təqdim edilməsi, onun təkcə tarixi ərazi olaraq deyil, həm də inkişafda olan şəhər kimi tanıdılmasıdır.

Digər tərəfdən isə bu həm də Azərbaycan tərəfinə ciddi psixoloji üstünlük qazandıra bilər. Müharibədən dərhal sonra Şuşanın paytaxt elan edilməsi Şuşa da da daxil olmaqla bütövlükdə Qarabağın dünya nəzərində "mabahisəli ərazi” statusunu darmadağın etmiş olacaq.

Dövlət qurumlarının, ali təhsil ocaqlarının, eləcə də xarici ölkə səfirliklərinin Şuşada yerləşdirilməsi bölgənin təhlükəsizliyi baxımından da mühüm əhəmiyyətə malik olacaq.

Xatırladım ki, Şuşa qalası uzun illər boyu Azərbaycanın ­Qarabağ xanlığının paytaxtı olmuşdur. Qalanın salınması ­1750-1751-ci illərdən hesab edilir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlanılıb və 1756-1757-ci illərdə tikilib başa çatdırılıb.

Qarabağ xanı Pənahəli xan Şuşanı paytaxt elan edib, oranı möhkəmləndirmiş, qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə "Pənahabad”, sonradan isə "Şuşa qalası” və "Şuşa” adlandırılmışdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR