Cəbrayıl rayonuna icra başçısı təyin edildi
Kateqoriya məlum deyil
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev K.İ.Həsənovun Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Kamal İltifat oğlu Həsənov Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin".






