Logo

“Gəncə sınağı”ndan çıxmayan Azərbaycan TV-ləri – İlk xəbəri niyə Türkiyə kanallarından almalıydıq?

“Gəncə sınağı”ndan çıxmayan Azərbaycan TV-ləri – İlk xəbəri niyə Türkiyə kanallarından almalıydıq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün Gəncədə düşmən təxribatı törədilərkən hadisə yerindən birbaşa bağlantının olmaması cəmiyyətdə narazılıq yaradıb. Belə ki, biz düşmən hücumunun təşkil olunduğu yerdən məlumatı ilk olaraq türk televiziyaları vasitəsilə aldıq.

Maraqlıdır, bu sahənin ekspertləri nə düşünür, televiziyalarımızın operativliyi onları qane etdimi? Məsələdən çıxış yolu nədir?

Mövzu ilə bağlı Sfera.az-a danışan tanınmış jurnalist Qulu Məhərrəmli hadisə baş verən yerlərdə müxbir məntəqələrinin qurulmasının zəruri olduğunu bildirib:

“Gəncə sınağı”ndan çıxmayan Azərbaycan TV-ləri – İlk xəbəri niyə Türkiyə kanallarından almalıydıq?

"Əks hücum əməliyyatları başlayandan Gəncə hadisələrinin bu cür zəif, həddən artıq gec və bəsit şəkildə işıqlandırılması bizim televiziyaların çox ciddi nöqsanı oldu. Ümumiyyətlə televiziyalar gərginlik olan bölgələrdə öz müxbir məntəqələrini elə qurmalıdır ki, onlar operativ işləyə bilsinlər.

Əgər hadisə baş verirsə növbəli şəkildə iş təşkil olunmalıdır ki, günün hansı saatından aslı olmayaraq orada yaşananlar canlı şəkildə efirə verilsin. Efir çalışmasa həmin televiziyaların sosial şəbəkələrdəki profilləri aktiv olub məlumatları yaymalıdır. Türkiyə müxbirləri hadisə baş verən kimi olay yerində olub, görüntüləri təqdim etdi, amma bizim müxbirlər məsələdən kənar idi. Heç olmasa görüntüləri onların vasitəsilə istinadla yayımlamaq olardı.

Bütün bu olanlar bizdə reportyor işinin zəif olduğunu göstərdi. Bəzən xüsusi müxbirlər bizə döyüş bölgəsindən uzun-uzadı moizələr oxuyurlar. Amma tamaşaçıya bu lazım deyil. Tamaşaçı bilmək istəyir ki, döyüş bölgəsində nələr baş verir, kimlər bu hadisəni törədir. Hərbi jurnalistika ilə bağlı təlimlər təşkil etmək olar, amma indi bu bir qədər imkansızdır. Yaxşı olardı ki, televiziyalar hadisə yerlərinə peşəkar müxbirləri, bu sahədən anlayışı olanları cəlb etsinlər”.

Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli televiziya kanallarının ləng davranmasını qeyri-dəqiq informasiyaların yayılmaması məqsədilə əlaqələndirib:

“Gəncə sınağı”ndan çıxmayan Azərbaycan TV-ləri – İlk xəbəri niyə Türkiyə kanallarından almalıydıq?

"Azərbaycan televiziya kanallarında son günlər baş verən hadisələrlə bağlı ləng yanaşmalar var. Buna görə cəmiyyətin irad bildirməsi normaldır. Amma bir məsələni də nəzərə almaq lazımdır ki, informasiyanın operativ verilməsində dəqiqlik və panika yaratmamaq da önəmlidir. Yəni operativliyi dəqiqliyə qurban vermək olmaz.

Düzdür, Azərbaycan televiziyalarında xarici televiziyalara nisbətdə hadisələri təqdimetmə baxımından yubanma olur. Bu da cəmiyyətdə panikanın yaranmaması, qorxunun qarşısının alınması üçündür. Çünki xarici kanallara maraqlı olmur ki, xalq bu hadisələrdən dolayı narahat ola bilər, panikaya düşər və s. Amma bir məsələ də var ki, biz burada nə qədər yubanırıqsa onsuz da xarici telekanallar hadisələri tez yayımlayır və xalq olaylar barədə məlumatlanır. Bu baxımdan yerli kanallar öz işlərinə yenidən baxmalıdırlar”.

Sfera.az

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR