Logo

Ağ bayraq qaldıran Paşinyana son şans verildi – Ekspert rəyləri

Ağ bayraq qaldıran Paşinyana son şans verildi – Ekspert rəyləri
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Kompromislərə hazır olduğunu bildirməsi və qondarma Dağlıq Qarabağ rejiminin müstəqil tərəf olaraq prosesdə iştirakı israrından vaz keçməsi göstərir ki, Paşinyan reallığı dərk edərək geri çəkilməyə məcbur olub”.

Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanın uğurlu hərbi əməliyyatları və diplomatik qələbələri sayəsində artıq Ermənistan baş naziri tərəfindən ağ bayraq qaldırılması, ölkəmizə qarşı iddia və hikkələrlə danışan Paşinyanın kapitulyasiya olmaq vəziyyətinə düşməsinə münasibət bildirərkən Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib:

"Həqiqətən də Paşinyanın ritorikasında kordinal dəyişiklik aydın şəkildə müşahidə olunur.Sentyabrın 27-dən sonra Azərbaycan ordusu və onun gücü barədə Paşinyanda daha aydın təsəvvürlər formalaşdı. Bu da ondan irəli gəlir ki, Azərbaycan tərəfinin gücünü gördü. Qısa zaman kəsiyində əhəmiyyətli ərazilərimiz işğaldan azad edildi. Ermənistan ordusu bu müddətdə texnika və canlı qüvvə baxımından böyük sayda itkilərlə üzləşdi”.

Həmsöhbətimiz qeyd etdi ki, Paşinyan sözün həqiqi mənasında ciddi qorxuya düşüb:

"Onsuz da Paşinyan aydın dərk edir ki, siyasi karyerasının sonu çatıb. Erməni cəmiyyətinin ittihamlarının qarşısını qismən almaq üçün təbii ki, Paşinyan üzləşdiyi itkilərin miqyasını azaltmağa çalışır. Ona görə də artıq o, yumşaq mövqe nümayiş etdirmək məcburiyyətində qalıb. Bir sözlə, Azərbaycan dövləti işğalçı Ermənistanı və onun baş naziri Paşinyanı sülhə məcbur edir. Bu baxımdan da Paşinyan artıq ağ bayraq qaldırıb”.

"Paşinyana vaxt verilib. Amma onun bu vaxtdan səmərəli istifadə edərək lazımi nəticələr çıxaracağına inanmıram”.

Bunu isə sayta açıqlamasında politoloq İlqar Vəlizadə deyib:

"Azərbaycan Ermənistana sonuncu dəfə vaxt verib. Paşinyan bu vaxtdan istifadə edərək Azərbaycanın şərtlərini qəbul etməlidir.Səmərəli istifadə etməsə müvəqqəti dayanan hərbi əməliyyatlar yenidən alovlanacaq ki, bu da Ermənistanın tamamilə darmadağın olması deməkdir. Xarici İşlər nazirlərinin görüşündə yəqin ki, Azərbaycan həmin şərtlərin nədən ibarət olduğunu bir daha qarşı tərəfə çatdırıb. Bu şərtlərə düşmən tərəf əməl etməsə sözsüz ki, müharibə davam edəcək”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR