İlham Əliyev: Azərbaycan ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib
Kateqoriya məlum deyil
Azərbaycan ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edilib. Bunlar Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Qorazılı, Qışlaq, Əfəndilər, Süleymanlı və Sur kəndləridir.
Sfera.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün xalqa müraciətində elan edib.






