Müxalif yazardan Prezidentə dəstək: “Yanındayıq...” - FOTO
Kateqoriya məlum deyil
Müxalif fikirləri ilə tanınan satirik yazar Mirzə Sakit Azərbaycanın həyata keçirdiyi əks-hücumlar nəticəsində əldə etdiyi zəfərlərlə bağlı ölkə başçısı Prezident İlham Əliyevin roluna diqqət çəkən paylaşım edib.
Sfera.az xəbər verir ki, M.Sakit paylaşımında İlham Əliyevə dəstəyini bu sözlərlə ifadə edib:
"Uzun illər İlham Əliyevi və onun komandasını tənqid etmişəm. Bu gün isə deyirəm: Yanındayıq, Cənab Ali Baş Komutanım!”.
Satirik yazarın bu etirafına media nümayəndələri, yazarlar və digər izləyiciləri tərəfindən yüzlərlə bəyənmə gəlib.







