Logo

Azərbaycanda ümumi səfərbərlik elan olunacaq? - Hərbi ekspert açıqladı

Azərbaycanda ümumi səfərbərlik elan olunacaq? - Hərbi ekspert açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sentyabrın 28-dən etibarən Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycanda qismən səfərbərlik elan edilib.

Maraqlıdır, vəziyyətin gedişatından asılı olaraq respublika üzrə ümumi səfərbərliyə ehtiyac duyula bilərmi? Yaxın günlərdə bu haqda nə qərar olacaq?

Məsələ ilə bağlı Sfera.az-a danışan hərbi ekspert Ramil Məmmədli hazırda orduda hərbi vəzifəlilərə ehtiyac duyulduğunu bildirib:

"Tam səfərbərliyin elan olunması ilə bağlı hər hansı yenilik yoxdur. Çünki 2020-ci ilin oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılma ilə bağlı sərəncamın icrasına artıq başlanılıb. Yəni şəxsi heyətin komponentləşməsində hər hansı problem yoxdur. Buna görə də ümumi səfərbərliyə ehtiyac duyulmur. Silahlı Qüvvələrin strukturunu bildiyim üçün deyə bilərəm ki, indi əsasən hərbi vəzifəlilərə üstünlük verilir. Tələbata uyğun olaraq onlar xidmətə cəlb edilir”.

Sfera.az

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR