İstanbulda Türkiyə və Azərbaycan prezidentlərinin görüşü olub - YENİLƏNİB - FOTO
20:41
İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin görüşü olub.
Sfera.az Türkiyə Prezidentinin saytına istinadən məlumat verir ki, İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti ərəfəsində İstanbulda görüşlər keçirən R.T.Ərdoğan tədbirdə iştirak etmək üçün Türkiyəyə səfərə gələn Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşüb.
------------
19:35
Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç ilə görüşüb.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə münasibətlərimizin dinamik inkişafından məmnunluq ifadə edildi, qarşılıqlı əlaqələri bundan sonra daha da genişləndirmək üçün yaxşı imkanların olduğu bildirildi. Söhbət zamanı enerji sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində görülən işlərlə bağlı məlumat verdi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xüsusilə son vaxtlar qoşunların təmas xəttində baş verən gərginliklə bağlı fikir mübadiləsi aparıldı.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi.
Dövlətimizin başçısı dəvətə görə minnətdarlığını bildirdi, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini Azərbaycana səfərə dəvət etdi.
-----------
15:11
Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaİslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gediblər.
Sfera.azAZƏRTAC-a istinadən bildirir ki, İstanbulun Atatürk Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşıladılar.














