Logo

Ermənilər azyaşlı uşaqları əsgər aparır – VİDEO

Ermənilər azyaşlı uşaqları əsgər aparır – VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Son günlər davam edən şiddətli döyüşlər nəticəsində xeyli itki verən ermənilər ciddi şəkildə şəxsi heyət çatışmazlığı ilə üzləşib.

Sfera.az xəbər verir ki, itkilərinin günü-gündən artması və ehtiyat qüvvələrinin az olması Ermənistan Müdafiə Nazirliyini çıxılmaz vəziyyətdə qoyub.

Belə ki, artıq düşmən cəbhəyə azyaşlı uşaqları cəlb etməyə başlayıb. Bu barədə yayılan videoda azyaşlılara silah təlimi keçirildiyi və onların döyüşə hazırlandıqları öz əksini tapıb.

Xatırladaq ki, bu gün Azərbaycanın Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistanda qadınların cəbhəyə göndərildiyini açıqlayıb. Onun sözlərinə görə, Ermənistan tərəfi artıq qadın batalyonu yaradıb və hazırda komplektləşdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR