Logo

Azərbaycan dünya neft qiymətlərinin sabitləşdirilməsi üzrə qərarı dəstəkləyəcək

Azərbaycan dünya neft qiymətlərinin sabitləşdirilməsi üzrə qərarı dəstəkləyəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycan aprelin 17-də Dohada (Qətər) neft istehsalçısı ölkələrinin görüşündə qəbul ediləcək dünya neftin qiymətlərinin sabitləşməsinə yönəldilmiş qərarı dəstəkləyəcək".

Sfera.az bildirir ki, bunu Trend-ə Azərbaycan Energetika Nazirliyindən deyiblər.

Nazirlikdən bildiriblər ki, Dohada keçiriləcək görüşdə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.

Qurumdan deyiblər ki, Azərbaycanın mövqeyi dünyada neft qiymətlərini sabitləşdirməyə imkan verəcək həll yollarını tapmaqdan ibarətdir.

Qeyd edək ki, OPEK-in iştirakçı ölkələrinin və digər dövlətlərin neft hasilatının həcmini yanvar səviyyəsində "dondurmaq" üzrə görüşü aprelin 17-də Dohada keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR